Elmira Süleymanova ilə bağlı planlar nədir?

Elmira Süleymanova ilə bağlı planlar nədir?
Oxunma sayı: 709

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatsa da o, yenidən vəzifəsinin icrasında davam edəcək. 

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, hakimiyyət yeni kadrın irəli sürülməsində hələ ki, maraqlı deyil. Bu postda xanım ombudsmanın davam etməsi məqbul hesab edilir. Hələ yeni təqdimat da parlamentə daxil olmayıb. 

Eyni zamanda, 2009-cu ilin martın 18-də Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi