Elmiri xəstəxanaya apardılar - “Həkimlər deyir ki, yaşayacam…”

elmiri-xestexanaya-apardilar
Oxunma sayı: 747

“Dəyirman” qrupunun eks-solisti Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib. 

“Qafqazinfo” xəbər verir ki, reper Xüsusi Müalicə Sağlamlıq Kompleksində müalicə alır. 

Elmir hətta ötən günü anası ilə bağlı paylaşdığı statusda vəziyyətinin ağır olduğunu bildirib:

“Həkimlərim deyir ki, yaşayacam, amma müalicə almalıyam. Mənə yaxşı baxırlar. Yaxınlarım, qohumlarıma təşəkkür edirəm. Ancaq bir şeydən xilas ola bilmirəm: Anamla xəstəxanalarda keçirdiyim zaman üçün darıxıram”. 

Xəstəxanadan “Qafqazinfo”ya verilən məlumata görə, Məhərrəmovun müalicəsii davam edir, vəziyyəti ortadır. 

Lakin onlar Elmirin hansı xəstəlikdən müalicə almağı barədə verilən sualı cavabsız qoyublar.