Elnarə “Avaz”ın siması oldu- - Fotolar

elnare-avazin-simasi-oldu-
Oxunma sayı: 2262


“Qafqazinfo”nun məlumatına görə, Türk Dünyasının birliyini əks etdirən mahnıda hər bir türk xalqını təmsil edən müğənni yer alıb. Azərbaycanın siması seçilən müğənni Elnarə Xəlilova üçün yaradıcı heyət artıq Bakıda çəkilişlərə yekun vurub.

Çəkilişlər  Qız Qalası, Şirvanşahlar Sarayı, Karvansaray, Qobustan, Atəşgah məbədi, Alov Qüllələri, Şəhidlər Xiyabanı, Dağüstü Park və başqa məkanlarda aparılıb.

“Avaz” tanıtım videosu Novruz Bayramı ərəfəsindən başlayaraq bütün Türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Video-çarxı Ali Çiçiek və Ahmet Sabuncu lentə alır. Bosniyada çəkilişlərə yekun vurub Azərbaycana gələn yaradıcı heyət Türkmənistana yollanıb.

Qeyd edək ki, Elnarənin stilisti modelyer Şəlalə Maqsudova, vizajisti Esmira İsmayılova olub.