Elnarə bu dəfə oğlan anası olacaq

elnare-bu-defe-oglan-anasi-olacaq
Oxunma sayı: 6911

Müğənni Elnarə Xəlilova növbəti dəfə oğul anası olacaq.

“Qafqazinfo”nun məlumatına görə, dördüncü övladına hamilə olan xanım müğənni körpənin cinsi məlum olduğunu bildirib.

Elnarənin oğlan dünyaya gətirəcəyi məlum olub.

Xatırladaq ki, telejurnalist Rövşən Cahangirovla ailəli olan Elnarənin üç övladı var. Onların Burla Xatun adlı qız, Tuğər Harun və Öndər Xaqan adlı oğlan övladları var.

Övladlarına fərqli adlar qoyan Rövşən və Elnarənin dördüncü uşaqlarının da adı fərqlənəcək.