“Qafqazinfo”nun məlumatına görə, ifaçı Şuşanın ermənilər tərəfindən işğal olunmasının 22 illiyinə həsr olunan mahnı ifa edib. Söz və musiqisi Günel Sərdarqızına məxsus olan bəstə “Aman” adlanır. Yeni proyektə imza atan Xəlilova bildirib ki, o, daim vətənpərvər mövzuda mahnıları lentə aldırır və bunu bir vətəndaş olaraq özünə borc bilir.
Qeyd edək ki, “Aman” düşmən tapdağı altında olan Qarabağa, xüsusilə də Şuşaya həsr olunub. Mahnının aranjemanı isə Yaşar Baxışa məxsusdur. E.Xəlilova sözü gedən mahnısının tam olmayan versiyası bu gün təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər