Elnarənin verilişi bağlandı - “Rəhbərlik qərar verdi…”

elnarenin-verilisi-baglandi
Oxunma sayı: 5222

Teleaparıcı Elnarə Təhməzova verilişinin bağlanması ilə bağlı xəbərə münasibət bildirib.

Teleaparıcı “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiqləyib.

Elnarə bildirib ki, veriliş dekabr ayında yayımını dayandırıb:

““Incə +” verilişi dünən və ya bu gün bağlanmayıb. Proqram dekabr ayında yayımını dayandırıb. Buna bağlanmaq da demək düzgün deyil. Hər şənbə “İncə maraqlar” yayımlanır.

Rəhbərlik iki verilişin biri ilə əvəzlənməsi barədə qərar verdi. Mənə də asandır. Onsuz da verilişin formatı elədir ki, sağlamlıq, gözəllik və dəblə bağlı məsləhətlər verilir. Lap tutalım ki, məni işdən çıxardılar, veriliş bağlandı. Burda şişirdiləsi bir məsələ yoxdu. Rəhbərlik özü nə qərar verdiyini yaxşı bilir”.