Seçicilər Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi barədə xoş sözlər yazırlar.
Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev sosial şəbəkələrdəki fəallığı ilə də diqqət çəkir. “Qafqazinfo” xəbər verir ki, seçicilərlə çoxsaylı görüşlər keçirən namizədin bu görüşləri əks etdirən statusları, habelə tarixi günlərlə bağlı paylaşımları, vətənpərvərliyi və vətəndaşlıq mövqeyi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanır. Elnur Allahverdiyevin paylaşımlarına yazılmış şərhlərdən bəzilərini üslubuna toxunmadan, olduğu kimi təqdim edirik:
Seva Nazarli: “Layiqli insan! Hər zaman böyüklərə hörmət qoyan. Biz sizi dəstəkləyirik!
Ruslan Ramiz: “Dəstəkləyirəm. Xeyirli, uğurlu olsun inşallah. Dürüst, intellektual, təcrübəli, saf və səmimi insan.
Ceyla Deniz: “Bu gün parlamentdə Elnur müəllim kimi dəyərli, savadlı insanlara ehtiyac var”.
Ramil Həsənov: “Yaxşı rəhbər olduğunuz kimi yaxşı deputat da olacağınıza heç şübhəm yoxdur”.
Cahangir Imanov: “ Əsl namizəd Elnur Allahverdiyevə uğurlar arzulayıram”.
Aygun Qulamqizi: “İnanıram ki, seçilib seçicilərin inamını doğruldacaqsınız”.
Shafa Aliyev: “17 saylı Yasamal üçüncü seçki dairəsinin seçicilərinə!!! Müasir dövrün çağırışlarını və tələblərini daha çevik mənimsəyən Elnur Allahverdiyev kimi kreativ, bacarıqlı və işgüzar, vətənpərvər, dövlətçiliyə sədaqətli, seçicilərin problemlərini həll etmək iqtidarında olan namizədlərə səs verək!!!!”.
Həmid Quliyev: “Siz Azərbaycanın layiqli və məsuliyyətli oğullarından birisiniz. Qarabağlıların fəxri, eşq olsun. Allah yenə də və daima sizinlə olsun”.
Baylar Azimov: “ Sizin kimi gənc, potensiallı, eyni zamanda fəal, işgüzar, vətənini və dövlətini sevən, millətini layiqli təmsil edən ziyalı bir insanı parlamentdə görmək əlbəttə, xoşdur. Uğurlar olsun, hörmətli Elnur müəllim.
Terlan Hacişəmiyev: “ Uğurlarinız bol olsun Elnur müəllim, cəmiyyətin bu addıma ehtiyacı var idi. Siz buna layiqsiniz”.
Ilham Agayev: “Elnur kimi vətənpərvər oğlanların deputat olmağı çox sevindirici haldır”.
Tural Salmanov: “Elnur müəllim çox səmimi, düzgün, vətənini, millətini sevən insandır. Mən şəxsən Elnur müəllimi tanıyıram, inanın ki, əsl xalqın yanında olacaq insandır. Mən Elnur müəllimi dəstəkləyirəm”.
Nara Farzaliyeva: “İnanıram ki, vətəndaşlar doğru seçim edərək, layiqli namizədə səs verəcəklər. Sizə bu yolda uğurlar arzu edirəm, qələbə sizinlədir!”.
Irada Israfilova: “Həyatda hər zaman olduğu kimi, seçicilərin də ümidlərini doğruldacaq Elnur bəy, sizə uğurlar!”.
Habib Vezirov: “Elnur müəllim böyük üstünlüyünüz ondadır ki, özünüz seçicilərlə təmas qurursunuz, Uğurlar arzu edirəm”.
Meherrem Xalafov: “Çox dəyərli şəxsiyyət...Uğurlar arzu edirəm və dəstəkləyirəm”.
Reala Isazada: “Uğurlar Elnur müəllim! Yasamal rayonu sakinləri olaraq ailəliklə sizi dəstəkləyirik”.
Əli Babazadə: “Azərbaycan insanı çox mehribandır, dostu-düşməni tanıyır. Ona görə də hər adama öz balaca mənzilində yer vermir. Əgər xalq sizi sevirsə, xoş üzlə qarşılayırsa, bilin ki, bütün qələbələr sizindir. Uğur olsun!”
T. Alieva: “Sizin bu qayğıkeşliyiniz, sadəliyiniz çox təqdirə layiqdir.Buna görə də xalqımız sizi çox sevir və dəstəkləyir.Uğurlar olsun sizə”.
Hafiz Haciyev: “Dayanmadan sakinlərlə ünsiyyətdə olan, onların söhbətlərinə, problemlərinə diqqət edən, köməyini əsirgəməyən Elnur müəllim. Sizin çox gözəl ürəyiniz var. Siz ən layiqli namizədsiniz.
Samira Cabarova: “Ərazidə Elnur müəllimlə görüş oldu. İnanın ki, evdən çölə çıxmayan xanımlarımız da Elnur müəllimin görüşünə gəlmişdilər və görüşdən sonra hamı bir söz deyirdi ki, kaş millət vəkilimiz Elnur müəllim olardı”.
Kamale İbrahimova: “Elnur Allahverdiyev çox səmimi və aktiv bir namizəddir. Allah yolunuzu açıq eləsin.Sizə uğurlar arzu edirəm”.
Samira Cabarova: “Çox sağ olun Elnur müəllim. Siz ərazimizdən olan insanlarla yaxından maraqlanırsız. Mən bu ərazinin insanları ilə həmişə fəxr etmişəm, çox sadə, səmimi insanlardır. Elnur müəllim sizə təşəkkür edirəm ki, bu insanların qonağı olursunuz, sizə uğurlar arzu edirəm”.
Minaxanum Lutfaliyeva: “Soyuq havada dəyər verib sakinlərlə görüşüb, problemləri ilə maraqlanıb onlara dəstək olmaq, sizin xarakterinizə uyğundur. Sadəlik və qayğıkeşlik! Uğurlar!
Rovshan Asadov: “Mən dediyim kimi, yenə deyirəm. Elnur müəllim özü hər bir işində müvəffəqiyyət qazanıb və qazanmaqda da davam edir. Uğurlar, uğurlar. Yenə də uğurlar xalqın gözü tərəzidir və güman edirəm düzgün seçim edəcəklər. Komandanızın bu əzəmətli işi, əziyyətləri yerdə qalmaz. Cavabı olacaq, yəni uğur qazanacaqlar.
Isfendiyar Melikov: “Uğurlar olsun. Sakinlərə bu qədər vaxt ayırdığınız üçün təşəkkürlər Elnur bəy. Allah ürəyinizə görə versin”.