Elnur Allahverdiyevin ilk görüşü onlarla oldu - Fotolar

Elnur Allahverdiyevin ilk görüşü onlarla oldu
Oxunma sayı: 2304

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev təbliğat kampaniyası çərçivəsində ilk görüşünü YAP Yasamal rayon təşkilatında keçirib.

“Qafqazinfo” xəbər verir ki,  o görüşdə bildirib ki, prezident İlham Əliyev Milli Məclisə seçkilərdə partiya sıralarından namizədliyi irəli sürülmüş gənclərə böyük etimad göstərib. O, aktiv təbliğat kampaniyası keçirib qələbə qazanmaqla bu etimadı doğrultmağa çalışacaq. Yasamalın Bakının sürətlə dəyişən və yenilənən hissəsi olduğunu deyən E.Allahverdiyev abadlıq və quruculuq işlərinin davam edəcəyini bildirib və seçiləcəyi tədqirdə millət vəkili olaraq bu prosesə hər cür dəstək və kömək göstərməyə hazır olduğunu söyləyib. E.Allahverdiyev qeyd edib ki, partiya rəhbərliyi tərəfindən onun qarşısına seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə çalıb sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi