Elnur Allahverdiyevin seçiciləri ilə növbəti görüşü - Fotolar

elnur-allahverdiyevin-secicileri-ile-novbeti-gorusu
Oxunma sayı: 3333

Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyevin seçiciləri ilə növbəti görüşü keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov E.Allahverdiyevi təqdim edərək bildirib ki, o, partiyanın irəli sürdüyü gənc və müasir dünyagörüşlü namizədlərdən biridir.

T.Əhmədovun sözlərinə görə, partiyanın bu kursu Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları və gəncləşmə siyasətinin bariz göstəricisidir: “Səsvermə vicdan məsələsidir. Əlbəttə, kimə istəyirsiniz səs verə bilərsiniz. Ancaq mənim fikrimi bilmək istəyirsinizsə, Elnur Allahverdiyevə səs verin!”.

Partiyasının ona göstərdiyi etimaddan qürur duyduğunu deyən E.Allahverdiyev bildirib ki, məqsədi seçkilərdə qələbə qazanmaqdır. Qələbədən sonra isə niyyəti  dövlətə və xalqa bir deputat olaraq kömək etməkdən ibarətdir:  “Biz qələbə üçün gəlmişik. İşimiz işləmək, kömək etmək, dəstək olmaq, yardım göstərməkdir”. 

Seçicilərlə maksimum ünsiyyət xəttini seçdiklərini deyən E.Allahverdiyev bildirib ki, bacardıqca hər bir qapını döyüb, vətəndaşların qonağı olmaq, onların qayğıları ilə maraqlanmaq istəyir: “Hər yerdə xoş münasibət görürük. Seçicilərimə dərin təşəkkürümü bildirirəm. Var olun!”