Elnur Aslanova yeni vəzifə verildi - - Yenilənib

elnur-aslanova-yeni-vezife-verildi-
Oxunma sayı: 10884


Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Musavat.com-un mötəbər mənbələrdən aldığı məlumata görə, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin olunub. Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra edəcək. Məlumatlı mənbənin bildirdiyinə görə, E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb. 

Doğrudur, Elnur Aslanovun yeni vəzifəsi bundan əvvəlki məqamı iləmüqayisədə çox kiçikdir. Lakin əsas olan budur ki, prezident onu bir kənara atmadı və yenidən dövlət sisteminin içərisinə buraxdı. Bu, E. Aslanovu nəzarətdə saxlamaq üçün də həyata keçirilə bilər, eyni zamanda onun bağlı olduğu şəbəkənin qudrətini nəzərə alaraq, kompromis addım kimi də qiymətləndirilə bilər. İstənilən halda, məhz Türkiyədə seçkilər bitəndən dərhal sonra bu təyinatın həyata keçirilməsi maraq doğurur. 

***

Publika.az məlumatı dəqiqləşdirmək üçün nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Müşfiq Əmirovla əlaqə saxlayıb. O, əməkdaşımızla söhbətində faktı təsdiqləyib. 
 
O, Elnur Aslanovun dünəndən etibarən Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra etdiyini bildirib.