“Elnur Aslanovu tanımıram”- - İcra başçısının müavini

elnur-aslanovu-tanimiram-
Oxunma sayı: 5565


N.Həmzəyev nurçu olması barədə yazılanları cəfəngiyat adlandırıb: “Nurçuluqla bağlı mənim də adımı yazırlar. Yazıblar ki, mən Türkiyədə təhsil almışam və sairə. Mən təkcə Türkiyədə deyil, həm də Bakı Dövlət Universitetində, Almaniya, Rusiya və Portuqaliyada da təhsil almışam. Heç bunları yazan yoxdur, ancaq Türkiyəni yazırlar. Türkiyədə doktorantura təhsili alıram. Başa düşmürəm ki, məgər Türkiyədə oxumaq cinayətdir?

Sonra yazıblar ki, guya məni də araşdırırlar və sairə. Nə etmişəm ki, məni araşdırsınlar? İndi mən əvvəlki kimi öz işimlə məşğulam, işimin başındayam, dövlətimizə, xalqımıza xidmət edirəm”.

N.Həmzəyev mətbuatda onun Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovla münasibətləri olması məsələsinə də toxunub: “Mən Elnur Aslanovu şəxsən tanımıram, onunla heç bir əlaqəm olmayıb, onunla görüşməmişəm. Cənab Prezident mənə YAP-da bu boyda vəzifəni etibar edib. Mən heç zaman onun  etimadına görə hər hansı hərəkətə yol vermərəm. Bu cür məlumatları yayan adamlara da demək istəyirəm ki, YAP-a  qara yaxmaq mümkün deyil.

 Dövlətini, Vətənini sevən adam bu cür hərəkətlər etməz. Bu məlumatı yayanlar da dövləti sevməyən şəxslərdir. Boş-boş yazırlar, adam oxuyanda da gülməyi gəlir. Kimdirsə, sifarişli yazır. Bunlar dövlətimizi nə hesab edir? Bu dövlət elə-belə dövlətdirmi? Mən hər zaman da xaricdə dövlətimizi təmsil etmişəm. Mən bu cür yazılara da əhəmiyyət vermirəm. Allaha şükrlər olsun ki, güclü dövlətimiz var. Allah cənab Prezidentimizin də canını sağ etsin”.

Qeyd edək ki, dünən mediada Elnur Aslanovun MTN-də dindirilməsi ilə bağlı məlumat yayımlanmışdı. Məlumatda bildirilirdi ki, E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb. Onların arasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 30 yaşlı müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev də var.

publika.az