R.Hacıyev Publika.Az-a açıqlamasında deyib: “Mən bu barədə eşitməmişəm. Bu cür məlumatlardan xəbərim yoxdur. Mən heç yerə çıxarılmamışam. Səhərdən işdəyəm, heç bir şey yoxdur. Əgər belə bir şey olsaydı, o zaman özüm deyərdim. Mənim SAM-a (Red: Prezident yanında Strateji Araşdırmalar Mərkəzinə) da heç bir aidiyyatım yoxdur və olmayıb. Mənim SAM-la heç bir əlaqəm yoxdur”.
Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun yaxın adamı kimi tanınan Rəhman Hacıyev eyni zamanda “Bakinski raboçi” qəzetinin baş redaktorudur.
Son xəbərlər
Son Xəbərlər