Elnur Aslanovun televiziyası bağlandı- - Yenilənib

elnur-aslanovun-televiziyasi-baglandi-
Oxunma sayı: 9303


“Yurd TV” internet televiziyası fəaliyyətini dayandırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzVision.az-a kanalın adını açıqlanmasını istəməyən əməkdaşı məlumat verib. 

O, bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar dünən axşam saatlarından etibarən qəbul olunub. 

Qeyd edək ki, dünən axşam kanalın dayandırılması ilə bağlı qərar qəbul olunandan sonra sayta heç bir xəbər yerləşdirilməyib. Saytda sonuncu xəbər 19:49-da qoyulub. Kanalın fəaliyyətinin dayandırılması ilə bağlı məsələni araşdırmağa davam edəcəyik. 

***
Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova Milli.Az-a açıqlamasında bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib. "Hal-hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib. 

***
"Qafqazinfo" xəbər verir ki, hazırda Yurd TV-nin saytı aktiv olsa, yenilənmir. Eyni zamanda internet TV-nin yayımı da dayandırılıb. Qeyd edək ki, Yurd TV 2011-ci il martın 1-də fəaliyyətə başlasa da, ətrafına auditoriya toplaya bilməyib. Faktiki olaraq, Elnur Aslanovun digər media layihələri kimi Yurd TV də böyük auditoriya qazana bilməyib.

Xatırladaq ki, bu layihəyə rəhbərliyi Rüstəm Əliyev həyata keçirib.

***
"Yurd TV”-nin adının çəkilməsini istəməyən əməkdaşı Movqe.az-a bildirib ki, dünən axşam tv-nin bütün əmlakı siyahıya alınıb, maşına yığılaraq aparılıb. Onlara isə bildirilib ki, internet tv  Region tv-yə birləşdirilir: "Bizim 10 günlük maaşımızı bu gün verəcəklər. İşçilərdən çoxu regiontv-yə götürüləcək. Amma deyirlər ixtisarlar da olacaq". 

Həmçinin "Yurd tv"nin əməkdaşı iki aya qədər region tv-nin internet tv kimi yox, telekanal kimi fəaliyyətə başlayacağını da söyləyib.