Elnur “Eurovision” səhnəsinə bu performansla çıxacaq- - Fotolar

elnur-eurovision-sehnesine-bu-performansla-cixacaq-
Oxunma sayı: 2275


“Qafqazinfo”nun məlumatına görə, ölkə təmsilçimiz Avstriyada böyük coşqu ilə qarşılanıb.

60-cı Eurovision Mahnı Müsabiqəsindəki təmsilçimizi Vyana hava limanında həmvətənlərimiz, eləcə də müxtəlif ölkələrdən olan fanları qarşılayıb.

Təmsilçimiz şounun keçiriləcəyi məkanda ilk dəfə “Hour of the Wolf” balladasını səsləndirib. Elnur Hüseynov səhnəyə müsabiqə mahnısının bəstəkarı Nikolas Lifin də daxil olduğu 3 bek vokalçı və 2 rəqqasın müşaiyətilə çıxıb. Mahnının səhnə quruluşu sadə və ifadəliliyi ilə diqqət çəkib. Kompozisiyada günəşlə vəhşi təbiətin vəhdətindən istifadə olunub. Odur ki, bu mahnının sadə bir sevgi hekayəti deyil, bütün bəşəriyyətə ünvanlanan sülh mesaji olduğu vurğulanır.

Məşqdən sonra Elnur Hüseynov mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb. O, ilk məşqinin, mahnı və səhnə performansı ilə bağlı təəssüratlarını paylaşıb. Eurovision səhnəsinə solo ifaçı kimi qayıdan Elnur Hüseynov bu dəfə vokal imkanlarını daha yaxşı göstərə biləcəyinə əminliyini ifadə edib. Təmsilçimiz Azərbaycan musiqisinin ən gözəl nümunələrindən birini də səsləndirib. 

Qeyd edək ki, Azərbaycan təmsilçisi Eurovision Mahnı Müsabiqəsinin mayın 21-də keçiriləcək II yarımfinalında 11-ci yarışacaq.