Elnur “Eurovision”da Azərbaycanı təmsil edəcək?- - İTV-dən açıqlama

elnur-eurovisionda-azerbaycani-temsil-edecek-
Oxunma sayı: 3217


“Qafqazinfo”ya İTV-dən verilən məlumata görə, müğənninin açıqlaması həqiqətə uyğun deyil:

“Elnur Hüseynovun “Eurovision”da Azərbaycanı təmsil etməsi təsdiq olunmayıb. Nura Suri doğru məlumat verməyib. Hələ ki, müsabiqəyə kimin gedəcəyi məlum deyil”. 

Qeyd edək ki, müğənni “Gün üzü” verilişində Elnur Hüseynovun “Eurovision”da Azərbaycanı təmsil etməsinin artıq təsdiqləndiyini bildirib. 

***

Daha sonra İTV-dən “Qafqazinfo”ya bildirilib ki, heç kimin dediyini şərh etmək fikrində deyillər və kimin seçiləcəyi barədə dəqiq məlumat yaxın günlərdə İTV-nin rəsmi saytında açıqlanacaq.

Könül