Elnur haqda 10 fakt- - 17 pişik və it, 40 fincan kofe...

elnur-haqda-10-fakt-
Oxunma sayı: 2744


“Qafqazinfo”nun məlumatına görə,  bu faktlar Elnurun iki həftəlik Avropa turnesi əsasında əldə olunub. Beləliklə, 14 gün ərzində Elnur bunları edib: 

1. Amsterdam, Moskva və Riqada “Canavar saatı” adlı “Eurovision” öncəsi partilərdə 3dəfə çıxış edib. 

2. 7 ölkəyə səfər edib (Latviya, Macarıstan, Hollandiya, Belçika, Yunanıstan və Rusiya). 

3. Televiziya şoularında “Canavar saatı” partilərindən olan reportajlarda və müsahibələrdə 12 dəfə göstərilib. 

4. 15 uçuş həyata keçirib. 

5. 20-dən çox müsabiqə iştirakçısı ilə görüşüb: Macarıstandan Boggie, Belçikadan Lic Nonnet, Rusiyadan Polina Qaqarina kimi və başqaları 

6. Avropa kanalları, radio və rəqəmli kütləvi informasiya vasitələrinə 50-dən çox müsahibə verib. 

7. Fanatlarına 100-dən çox avtoqraf verib. 

8. 40 stəkandan çox kofe içib. 

9. Selfiləri çıxmaq şərtilə, 2500-dən çox şəkil çəkdirib. 

10. Küçədə 17 pişik və itlə qarşılaşıb. 

Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. Yarışma ötən ilin qalib ölkəsi olan Avstriyada baş tutacaq.