Elnur Hüseynov Rusiyada- - Fotolar

elnur-huseynov-rusiyada-
Oxunma sayı: 2089


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi aprel ayının 24-də Moskva şəhərinə gəlib. Rusiya təmsilçisi Polina Qaqarina ilə birgə mətbuat konfransında çıxış edib,  Rusiya təmsilçilərinın təşkil etdiyi “Eurovision” gecəsinə qatılıb. 

Rusiya paytaxtı Elnurun Avropa promo-turu çərçivəsində səfər etdiyi sonunçu şəhərdir, təmsilçimiz Moskvadan sonra Vyanaya yola düşəcək.

Qeyd edək ki, Elnur Hüseynov “Hour of the Wolf” mahnısını mayın 21-də Vyanada “Eurovision-2015” müsabiqəsinin ikinçi yarımfinalında 11-ci nömrə altında təqdim edəcək. 

Avropa yayımları İtiifaqı ölkələri arasında keçirilən və artıq 60-cı dəfədir ki təşkil olununan “Eurovision” mahnı müsabiqəsinin, mayın 19 və 21-də yarımfinal 23-də isə final mərhələsi baş tutacaq.

Fotolar: Sitara İbrahimova