“Elnur Hüseynovdan üzr istəməlidir”

elnur-huseynovdan-uzr-istemelidir
Oxunma sayı: 4134


“Elnur Hüseynovun Türkiyəyə gəlib “O səs Türkiyə”də birinci olması bəzilərini narahat edib ki, faşizm mövqeli yazılar dərc ediblər. 24 ildir ki, Türkiyədə yaşayan azərbaycanlı sənət adamı olaraq bu avam, cılız, kibirli, qısqanclıq əks etdirən yazı məni üzdü. 

Ağlıma Azərbaycan “Eurovision”da birinci olarkən Nigar Camalın türk bayrağı ilə səhnəyə çıxması gəldi, sevincimdən nə qədər ağlamışdım. Azərbaycan xalqı Nigarın addımını ayaqüstə alqışladı. TRT spikeri canlı yayımda ağlayaraq anons verdi. O zaman Bulent “Elnurdan mənə nə?”  yazdığı kimi Nigara “Türklərdən sizə nə?” demədi. Hanı yazılarınızdakı humanistlik? 

Bir erməni öldürüldüyündə “Hamımız erməniyik” deyib küçələrə çıxan siz azərbaycanlının sənətsevər türk xalqının səsləri ilə birinci olmasını həzm edə bilmirsiniz? Xaricdən gələn səslər sayılmır. Elnurun birinciliyini Ebruya, Rza Zərraba, Acuna bağlayırsınız?

O zaman demək ki, siz Məryəm Uzerlidən , Karolindən, Kokodan, xaricdən gələn futbolçulara da həmin fikirlə yanaşırsınız?

Bir sənət insanını itlə müqayisə etmək nə deməkdir? Bu yazı ilə Azərbaycan xalqını, Elnura səs verən türk xalqını yaralayırsınız. 

Xainsiniz! 24 ildir ki, Türkiyədəyəm və gözəl insanların sayəsində gözəl yerdəyəm, ailəm hesab etdiyim bir qurumdayam. Yaxşı ki, sizin kimi faşist düşüncəli insanlar azdır. Yoxsa Türkiyəni ikinci vətəni olaraq görən bizlərin işi çətin olardı. 

Bu avam, faşizm mövqeli yazınız üçün səs verən türk və Azərbaycan xalqından, möhtəşəm səsi ilə haqq etdiyi yeri qazanan Elnur Hüseynovdan üzr istəməlisiniz”.


Könül