Elnur Kələntərov istefa verdi

elnur-kelenterov-istefa-verdi
Oxunma sayı: 7164


"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, federasiyanın vitse- prezidenti Elnur Kələntərov istefa qərarını bir müddət öncə verib. “Lakin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə bağlı keçirilən cüdo üzrə ”Böyük dəbilqə” turnirində üzərimə düşən vəzifələr vardı. Yarış başa çatdıqdan sonra qərarımı açıqladım”. 

E.Kələntərov Cüdo federasiyasında daha 3 vitse-prezidentin və kifayət qədər təcrübəli və peşəkar üzvlərin olduğunu, qurumun bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə inandığını vurğulayıb.