Elnur Kələntərov yeni vəzifəyə təyin olunub

elnur-kelenterov-yeni-vezifeye-teyin-olunub
Oxunma sayı: 6361

 

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, E. Kələntərov  2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək 49 ölkədən 7-15 min idmançının iştirak edəcəyi  Avropa Oyunlarının Cüdo yarışlarının rəhbəri təyin edilib. İlk dəfə olaraq ölkəmizdə keçiriləcək tarixi əhəmiyyətli belə bir tədbirin təşkilində iştirak etməyin böyük şərəf olduğunu bildirirən E.Kələntərov Milli Olimpiya Komitəsi tərəfindən ona göstərilən etimadı doğrultmağa çalışacağını deyib.

 Qeyd edək ki, son 10 ildə Azərbaycan Cüdo Federasiyasında mətbuat xidmətinin rəhbərindən və vitse prezidenti vəzifəsinədək yüksələn E.Kələntərov ötən ay bu federasiyada tutduğu postdan istefa vermişdi. 

Qeyd edək ki, Cüdo federasiyasının rəhbəri sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.