Tələbə Qəbului üzrə Dövlət Komissiyasının sabiq mətbuat katibi Elnur Nağızadənin vətəndaşlardan 150 min dollar alıb dələduzluq yolu ilə mənimsəməsi barədə şikayət əsasında cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında məlumat verib.
E.Sultanov bildirib ki, vətəndaşlar tərəfindən daxil olan ərizələr Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Baş İdarə tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi açılıb.
Baş İdarənin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər