Elnurla şəhər gəzintisində olan xanım kimdi?- - Fotolar

elnurla-seher-gezintisinde-olan-xanim-kimdi-
Oxunma sayı: 6355


“Qafqazinfo”nun məlumatına görə, aprelin 13-də Budapeştdə olan Elnur Hüseynov oradakı pərəstişkarları ilə görüşüb. Azərbaycan təmsilçisi ölkənin ictimai televiziyasında bir neçə  televiziya proqramının qonağı olub.  O, Macarıstanı bu il Avropanın nüfuzlu mahnı yarışında təmsil edəcək Boqqi ilə eyni səhnəni paylaşıb.  Elnur  “Hour of the vvolf” adlı balladasını səsləndirib.Təmsilçimiz  Boqqi ilə şəhər gəzintisinə çıxıb.

Qeyd edək ki, ölkə təmsilçimiz tanıtım turu çərçivəsində  Riqada müsabiqə öncəsi təşkil edilən konsertdə çıxış edib. Onunla eyni səhnəni Latviya, Gürcüstan, Böyük Britaniya, İsveçrə, Polşa, Litva təmsilçiləri bölüşüb. 

Ölkə təmsilçimizin tanıtım turu çərçivəsində növbəti dayanacaqları  Amsterdam, Moskva şəhərləri olacaq. O, aprelin 18-də  bu ilki Eurovision şousunun 20 iştirakçısı ilə birlikdə Niderlandda hər il keçirilən ənənəvi “Eurovision in Consert” partisində çıxış edəcək.   Aprelin 24-də isə Rusiyanın paytaxtında müsabiqə öncəsi daha bir tədbirə qatılacaq. Müsahibəsində böyük Eurovision ailəsinə qayıtmaqdan məmnunluğunu bildirən ölkə təmsilçimiz bu il  60-cı Avstriyanın paytaxtında keçiriləcək  Eurovision Mahnı Müsabiqəsinin ikinci yarımfinalında səhnəyə çıxacaq. O, 11-ci çıxış edəcək.

Müsabiqənin ikinci yarımfinalı mayın 21-də, finalı isə 23-də olacaq.