“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan təmsilçisi Elnur və onun komandası mükəmməl çıxış üçün maksimal səy göstərir.
Zəngin promo-tur çərçivəsində iki həftə ərzində altı ölkəni gəzib-dolaşandan sonra Elnur fikrini səhnə nömrəsinin məşqləri və vokal üzərində cəmləşdirib.
Elnurun səhnə komandası – dünya səviyyəli mütəxəssislər, rəqqaslar – bir sıra beynəlxalq müsabiqələrin qalibləri və beynəlxalq mükafatların laureatları, təcrübəli bek-vokalçılar və başqalarından ibarətdir.
İfa zamanı Elnurla bir səhnədə qız və oğlandan ibarət iki rəqqas olacaq.. Məhz, onlar “Hour of the Wolf” mahnısının hekayəsini danışacaqlar, lakin bu heç də növbəti sevgi hekayəsi olmayacaq.
Son xəbərlər
Son Xəbərlər