Əlövsət Əliyev azadlığa çıxdı

elovset-eliyev-azadliga-cixdi
Oxunma sayı: 5794

Almaniyada azərbaycanlı mühacirlərin saxta sənədlə miqrasiya etməsi ilə bağlı saxlanılan Əlövsət Əliyev azadlığa buraxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun oğlu Türkəl Rüstəmxanlı məlumat verib.

Ə.Əliyev 2019-cu ilin noyabrında alman polisi tərəfindən bir neçə nəfərlə birgə saxlanılmışdı. Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli insanı Almaniyaya aparıblar. 

Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb. Bununla bağlı keçirilən əməliyyat zamanı saxlanılanlardan biri də “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev idi.