Elşad Həsənov növbəti monitorinq keçirib

Elşad Həsənov növbəti monitorinq keçirib
Oxunma sayı: 1472

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon ərazisində karantin rejiminin riayət edilməsinə dair növbəti monitorinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, Icra Hakimiyyətinin başçısı ərzaq mağazaları, aptek və supermarketləri ziyarət edərək vətəndaşlar və ictimai iaşə obyektlərinin əməkdaşları ilə maarifləndirici söhbət edib. Elşad Həsənov qapalı məkanlarda sanitar-epidemioloji qaydaların gözlənilib-gözlənilmədiyini bilavasitə yoxlayıb. Baxış zamanı müəyyən edilən çatışmamazlıqların aradan qaldırlması üçün müvafiq göstərişlər verilib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qapalı məkanlarda sıxlığa yola verilməməsi və tibbi qoruyucu vasitələrdən istifadəyə nəzarətin gücləndirilməsinə dair müvafiq qurum nümayəndələrinə tapşıqlarını verib. Karantin rejimi ilə əlaqədar Yasamal rayonu ərazisində monitorinqlər davam edir.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi