Elşad Həsənov növbəti səyyar qəbul-görüş keçirib - Foto

Elşad Həsənov növbəti səyyar qəbul-görüş keçirib
Oxunma sayı: 1139

Fevralın 13-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 18 saylı orta məktəbin akt zalında Zivər Əhmədbəyov və Salatın Əsgərov küçəsinin sakinləriylə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı E.Həsənov Prezident İlham Əliyevin 2019-cu ildə həyata keçirdiyi islahatlar və cari ildə nəzərdə tutulan tədbirlər haqqında vətəndaşlara geniş məlumat verib. Minimum əməkhaqqının 250 manata çatdırılması, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatların bir hissəsi olduğunu bildirib. İcra başçısı 2020-ci ildə də vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və ölkəmizin inkişafı üçün şəfaflıq prinsiplərinə söykənən struktur və sosial xarakterli islahatların davam etdiriləcəyini bəyan edib.

E.Həsənov 2019-cu il ərzində “IDEA” İctimai Birliyinin dəstəyi ilə rayon ərazisində abadlıq-quruculuq işlərinin aparıldığını və 2020-ci ildə də davam etdiriləcəyini yeni məhəllərin salınacağını diqqətə çatdırıb.

Görüşdə vətəndaşları narahat edən əsas məsələlər, qəzalı evlərin və binaların təmiri və su təchizatı və kanalizasiya ilə bağlı olub. İcra başçısı sakinləri narahat edən bu kimi mövzularla bağlı onlara ətraflı məlumat verib.

Sonda sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi