Elşad Həsənov növbəti səyyar qəbul keçirdi - Fotolar

elsad-hesenov-novbeti-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1331

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 167 saylı tam orta məktəbin akt zalında baş tutub.

İcra başçısı vurğulayıb ki, vətəndaşların qəbulu Prezident İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.

Səyyar qəbul zamanı sakinlər qəzalı evlər, tikinti şirkətləri ilə sakinlərin münasibəti, rayon ərazisində marşrut xəttləri, sosial yardım, məşğulluq və digər bu kimi məsələləri qaldırıblar.

Onların səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.