Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verib. İcra başçısı 15 iyun- Milli Qurtuluş Günü, Ulu Öndərin tariximizdə oynadığı misilsiz rol və tarixi missiyası barədə öz fikirləri ilə bölüşdü. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş edib.
Vətəndaşlar məhəlləarası yollarda asfalt örtüyünün yenilənməsi, qurumuş agacların budanması, tikintiyə icazə, yaşayış obyektlərinin statusunun dəyişdirilməsi, qəzalı binalar, kanalizasiya xəttlərinin mövcud durumu, qanunsuz tikililərlə mübarizə, mənzi təminatı, zirzəmilərin təmiri və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.
Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verib. Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verilib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Səyyar qəbuldan dərhal sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinlərin dəvəti ilə yaxınlığdakı ərazidə yerləşən qəzalı binaya baş çəkib. Burada İcra başçısı bilavasitə binanın vəziyyətinə baxış keçirib, sakinlər, məsul şəxslər və tikinti şirkətlərinin təmsilçiləri ilə söhbət edib. Vəziyyətdən çıxış yolu ətrafında fikir mübadiləsi aparılıb. İcra başçısı problemin həllinə dair vəzifəli şəxslərə göstərişlər verib.






Son xəbərlər
Son Xəbərlər