Elşad Həsənov sakinlərlə görüşdü

elsad-hesenov-sakinlerle-gorusdu
Oxunma sayı: 2672

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, Zahid Xəlilov küçəsinin sakinlərilə keçirilib. “Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə Elşad Həsənov xüsusilə Prezident İlham Əliyevin cari ildə imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqqlarının 40 faiz artırılmasını, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırdı. Həmçinin ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi nəticəsində ölkəmizin gələcəkdə daha da dinamik inkişaf edəcəyini vurğulayıb.

Elşad Həsənov cənab prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə Yasamal rayon İcra Hakimiyyəti ilə birgə rayon üzrə 24 məhəllədə abadlıq-quruculuq işlərinə start verildiyini, növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini qeyd edərək növbəti ildə də islahatların uğurla davam etdiriləcəyini bildirib.

İcra başçısı vətəndaşları narahat edən istilik, Sovetski ərazisinə aid verilən kompensasiya məsələləri, dam örtüklərinin təmiri ilə bağlı onlara ətraflı məlumat verib.

Sonda sakinləri narahat edən kommunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.