Elşad İskəndərov İstanbulda

elsad-iskenderov-istanbulda
Oxunma sayı: 1440



DQİDK-nın mətbuat xidmətindən  “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransda həmçinin BMT Sivilizasiyaların Alyansı uzrə Ali Nümayəndəsi cənab Nasir Abdulaziz Al-Nasser, Türkiyə Respublikası Baş nazirinin sivilizasiyaların alyansı üzrə baş müşaviri cənab Prof. Bekir Karlığa və Türkiyənin mədəniyyətlər və dinlər arası dialoq sahəsində fəaliyyət göstərən elm adamları iştirak ediblər.

Komitə sədri çıxışında müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq prosesinin vacibliyini vurğulamış və sivilizasiyaların alyansı məfhumunu meydana gətirən zərurətlərə toxunubr. Zəngin mədəni və tolerantlıq irsinə malik Azərbaycanın bu sahədəki pozitiv təcrübəsi haqda məlumat verən komitə sədri Azərbaycan dövlətinin BMT Sivilizasiyaların Alyansına yaxından dəstək verdiyini və bu sahədə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycandakı müxtəlif dinləri təmsil edən icmaların fəaliyyətini daim diqqətdə saxladığını və Azərbaycandakı tolerantlıq mühitinin qorunması və həmçinin dünyada tanıdılması ilə bağlı göstərişlər verdiyini bildirən cənab İskəndərov XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal problemlər zəminində dini və mədəni dözümlülüyün tərənnüm olunmasının vacibliyini qeyd edib. Bu sahədə Azərbaycanın hətta bir çox Avropa ölkəsinə örnək ola biləcəyi vurğulanıb.