Elşad Mirinin evinə oğrular girdi

elsad-mirinin-evine-ogrular-girdi
Oxunma sayı: 2324


“Qafqazinfo”nun məlumatına görə, ilahiyyatçının evindən pul, qızıl, bahalı əşya və məişət texnikası aparılıb. 

Elşad Miri bundan bir həftə əvvəl hədələndiyini də qeyd edib: “Bu gün isə evimizə oğru(lar) daxil olub hər şeyimizi aparıblar. Uca Allahımıza şükürlər olsun. Ailəmin 2 saat evdə olmadığı vaxt hadisənin baş verməsi sevindirici haldır. Evdən isə əllərinə keçən pul, qızıl, bahalı əşya və texnikalarımızı aparıblar… Bilmirəm, bu xəbərdarlıqdır, yoxsa adi oğurluq? Ümid edirəm ki, inşəAllah müsbət nəticəsi olar".