Elşaddan qeyrisi ilə öpüşməyəcəyini demişdi, amma... - Foto

elsaddan-qeyrisi-ile-opusmeyeceyini-demisdi-amma
Oxunma sayı: 4614

Rəqqasə- aktrisa Oksana Rəsulova və aparıcı- aktyor Şəhriyar Əbilovun rol aldığı “Sevgi romanı” filminə aid foto sosial şəbəkədə yayılıb.

“Qafqazinfo” xəbər verir ki, şəkildə Oksana ilə Şəhriyarın öpüşdüyü an əks olunub. Qeyd edilib ki, layihənin ilk rəsmi treyleri dekabrın 1-də təqdim olunacaq.

Xatırladaq ki, Oksana ilk dəfə eks-əri Elşad Xose ilə “Mələyin öpüşü” adlı filmdə öpüşmə səhnəsinə çəkilib. O, “Xəzər Maqazin”ə müsahibəsində filmlərdə E. Xosedən başqa heç kəslə öpüşməyəcəyini bildirmişdi: “Baxmayaraq, 5 ildir boşanmışıq, bir-birimizdən ayrıyıq. Amma o çox gözəl bilir ki, mən ayrı bir adamla öpüşmərəm”.