Eltac Səfərli çempion oldu

eltac-seferli-cempion-oldu
Oxunma sayı: 2372

Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə baş tutan şahmatın Bullet növü üzrə 1-ci Azərbaycan Kuboku başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Bullet üzrə İlk Onlayn Azərbaycan Çempionatının qalibi Avropa çempionu, yığma komandamızın üzvü Eltac Səfərli olub. Eltac keçirdiyi 17 oyundan 14 xal toplayıb.

Hərəyə 13.5 xal toplayan milli komandanın üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edirdi. Eltacın çempionluq mükafatı  3 min manat olub.