“Brilliant xanım irəliyə baxır. Musiqidə yeniliklər etməyə çalışır ki, Eltonkimilər arxasında onun oxuduğu əsərlərə qulaq asıb, ömür boyu öyrənsinlər”.
Bu sözləri xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova sosial şəbəkədə yazıb.
O, Brilliant Dadaşovanı paxıl adlandıran Elton Hüseynəliyevi 15-ci dərəcəli müğənni adlandırıb:
“Çünki yeniliyi və İlahi qüvvə ilə əlaqəni Allah öz sevimlisinə verir ki, başqaları baxıb təqlid etsinlər. Hamı bilir ki, Elton kimi 15-ci dərəcəlilər çoxdur”.
Qeyd edək ki, müğənni Elton Hüseynəliyev “ATV maqazin onlarla” verilişində açıqlamasında Brilliant Dadaşovanı paxıl adlandırmış, onun sənətini qəbul etmədiyini bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər