Elton və Sevdanın xeyriyyə konserti baş tutdu- - Fotolar

elton-ve-sevdanin-xeyriyye-konserti-bas-tutdu-
Oxunma sayı: 2541


“Qafqazinfo”nun məlumatına görə, Elton Hüseynəliyev və Sevda Yahyayevanın xəstəlikdən əziyyət çəkən uşaqlar Nübar və Leylaya yardım məqsədi ilə səhnəni bölüşüblər.

Prodüser Tarix Əliyevin "Məlahətli ana" xeyriyyə cəmiyyəti ilə birlikdə təşkil etdiyi konsert proqramında ilk olaraq səhnəyə Elton Hüseynəliyev çıxıb. İfaçı qonaqları salamladıqdan sonra sevilən mahnılarını bir-birinin ardınca səsləndirib.

Müğənni daha sonra belə bir aksiyada iştirak etdiyi üçün xoşbəxt olduğunu bildirib: "Çox şadam ki, belə bir xeyriyyə aksiyasında iştirak edirəm. Mənim də iki balam var, Allah bütün balaları saxlasın. Bu iki qızımızın köməyə ehtiyacı var. Biri 17, o biri 20 yaşındadır. Onlar da digərləri kimi gəzmək, əylənmək, oxumaq istəyirlər. İnşallah sağalarlar, gələcəkdə ailə qurub ana olarlar".

İfaçıdan sonra səhnəyə rəqqasə Fatimə rəqs qrupu ilə çıxaraq “Odlar yurdu" rəqsini ifa edib. Rəqqasədən sonra Sevda Yahyayeva səhnə alıb. İfaçı məşhur mahnılarını səsləndirdikdən sonra Elçin Cəfərovla “Səni sevirəm" duetini ifa edib. Konsert Etonla Sevdanın “Sevgi nə demək” və “Azərbaycan” dueti ilə sona çatıb.

Qeyd edək ki, konserti izləməyə Abbas Bağırov, Günay İbrahimli, Aysel Əlizadə, Xatun, Zarina, prodüser Təranə Səmədova, Gülay, idmançı Kamil Zeynallı, aparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli gəlib. Gecənin aparıcıları Afaq Gəncəli və Şəhriyar Əbilov olub. 


Könül