“Qafqazinfo”nun məlumatına görə, bu haqda konsertin təşkilatçısı prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə məlumat yayıb:
“May ayının ortasında Allah nəsib etsə, xeyir iş görəcəyik. İki xəstəlikdən əziyyət çəkən balamızın əməliyyata ehtiyacı var. “Məlahətli ana” xeyriyyə cəmiyyəti ilə birlikdə Sevda Yahyayeva və Elton Hüseynəliyevin konsertini təşkil edirəm. Konsert Heydər Əliyev sarayında baş tutacaq, tarixi isə bir neçə gün sonra bəlli olacaq. Satılan biletlərin hamısı uşaqların əməliyyatına sərf olunacaq, köməyinizi əsirgəməyin”.