Səs keyfiyyəti və rahat istifadənin getdikcə daha vacib olduğu müasir dünyada, HUAWEI FreeBuds 6i öz sinfinin həqiqi lideri olaraq önə çıxır. Qabaqcıl texnologiya və yenilikçi dizaynı sayəsində HUAWEI FreeBuds 6i qulaqlıqları üstün səsləndirmə və yüksək funksionallıq təklif edərək keyfiyyəti və rahatlığı qiymətləndirənlər üçün ideal seçim təqdim edir. Bu TWS qulaqlıqların (True Wireless Stereo) texniki xüsusiyyətlərini və unikal imkanlarını daha dərindən incələmək üçün onları yaxından nəzərdən keçirək.
"HUAWEI FreeBuds 6i", dinamik kənar səs azaldıcı, təsirli səs keyfiyyəti və yüksək şarj ömrü ilə seçilir. Dynamic Intelligence ANC 3.0 kənar səs ləğvi texnologiyası qulaqlıqların müxtəlif gurultu ssenarilərinə uyğunlaşmasına imkan verərək gurultulu yerlərdə belə rahat musiqi dinləmə və səs təmizliyini təmin edir. Üç mikrofonlu sistem, təkmilləşdirilmiş əməliyyat gücü və 11 mm-lik dörd maqnitli dinamik yayıcı orta və aşağı tezlikli gurultunun effektiv şəkildə kənarlaşdırılmasını təmin edir. Bu TWS qulaqlıqlar istifadəçilərə güclü bas və yüksək tezliklər təmin edərək rahatlıq və etibarlı performans təklif edir.
FreeBuds 6i, asan istifadə üçün sensorlu jestlər və IP54 suya ve toza dayanıqlılıq kimi bir çox başqa xüsusiyyətlərə malikdir. Kompakt və yüngül dizaynı, uzun müddət rahat istifadəni təmin edərkən, kiçik şarj qutusu, əvvəlki nəsil qulaqlıqlara görə 25% daha uzun, yenidən şarj etmədən 35 saata qədər istifadəyə imkan verir. Ayrıca qeyd edək ki, 10 dəqiqə sürətli şarj, qulaqlığı 4 saat boyunca istifadə üçün yetərlidir. Bu da istifadəçilərə gün boyunca kəsintisiz səs həzzi təmin edərək rahatlığı ən üst səviyyəyə çıxarır.

Ayrıca, "HUAWEI FreeBuds 6i", erqonomikası və yüngül çəkisi (hər bir qulaqlıq 5,4 qram ağırlığındadır) ilə təəccübləndirir. Qulağınıza rahat oturur və aktiv hərəkətlər zamanında belə yerində qalır. Qulaqlıqlar üç rəngdə mövcuddur: ağ, bənövşəyi və qara. Bu, üslubunuza uyğun model seçməyə imkan verir.
"HUAWEI FreeBuds 6i" qulaqlıqları hər qulaqlığın üstündə yerləşən intuitiv sensor panelləri vasitəsilə idarə olunur. Standart funksiyalar aşağıdakı jestlərlə asanlıqla aktivləşdirilir:
-Uzun toxunuş — aktiv kənar səs ləğvi rejiminin açılıb/bağlanması
-Barmaqla yuxarı/aşağı sürüşdürmə — səs səviyyəsinin tənzimlənməsi.
-İki dəfə toxunuş — musiqini dayandırma/dinləmə və ya daxil olan zəngi cavablama/sonlandırma.
-Üç dəfə toxunuş — növbəti/əvvəkli trekə keçid.
Bu cür jestlər istifadəçilərə əlavə cihazlara ehtiyac olmadan musiqi və zənglərdən zövq almağa imkan verən sürətli və rahat əlaqəni təmin edir.

Qulaqlıqlar daha sabit və daha sürətli bağlantı və daha az enerji istehlak edən Bluetooth 5.3 ilə uyumludur. HUAWEI ayrıca, ekvalayzer parametrlərini tənzimləmək və yeniləmələri idarə etmək üçün HUAWEI AI Life tətbiqini də təklif edir ki, bu da cihazın performansını davamlı olaraq yaxşılaşdırır.

Nəticə: HUAWEI FreeBuds 6i keyfiyyət, rahatlıq və qiymət arasında əla tarazlıq təklif edərək aktiv kənar səs azaldıcı qulaqlıq axtaranlar üçün ən yaxşı seçimlərdən birinə çevirir. Bu qulaqlıqlar həm gündəlik istifadə, həm də uzun səyahətlər üçün uyğun seçimdir.
Qulaqlıqlar artıq satışdadır və siz onları elektronika mağazalarından əldə edə bilərsiniz.

Son xəbərlər
Son Xəbərlər