Ötən ilin iyununda beyin xərçəngindən ölən rusiyalı müğənni Janna Friskeyə mahnı həsr olunub.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Jannanın həmkarları rusiyalı prodüser, aranjemançı Maksim Fadeev və müğənni Olqa Orlova ona “Əlvida, dostum” (“Прощай, мой друг”) mahnısını həsr ediblər.
Mahnının sözləri Fadeevlə Orlovaya məxsusdur.
Qeyd edək ki, Olqa Orlova Friskenin ən yaxın rəfiqəsi olub.
Son xəbərlər
Son Xəbərlər