Elvin Abdullayevin pulu marketdə oğurlandı

elvin-abdullayevin-pulu-marketde-ogurlandi
Oxunma sayı: 2191

Müğənni Elvin Abdullayevin pulları oğurlanıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində qeyd edib.  

Elvin bildirib ki, bazarlıq edərkən pulqabısı naməlum şəxslər tərəfindən götürülüb: “Pul qabım tapıldı, amma içərisində olan pullar götürülmüşdü. Hadisə yerinə polis əməkdaşları cəlb olundu. “Bravo” marketdən kamera görüntülərini tələb etdim, amma göstərə bilməyəcəklərini dedilər. Baş ofislə əlaqə saxladım, dedilər ki, kameralarımız işləmir, format olunub.  Məsələ nəticəsiz qaldı”.  

Elvin daha sonra instaqramda yazdığı statusu silib.  

“Qafqazinfo” mövzu barədə “Bravo” marketlər şəbəkəsi ilə əlaqə saxlasa da, məsələni şərh edən olmayıb.