“Çukur” serialında “Elvis” obrazını canlandıran Sayqın Soysal evlənib.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 36 yaşlı aktyor Gökçə Uzunla ailə qurub.
Mərasimə “Çukur”un aktyorları, cütlüyün yaxın dostları və ailə üzvləri qatılıblar.
Serialın baş rol ifaçısı Aras Bulut İynəmli ilə Uğur Yıldıranın “break dans”ı toya damğa vurub.
Qeyd edək ki, S.Soysal “Muhteşem yüz yıl”, “Kara para aşk”, “Payitaht: Abdulhamit” seriallarında da rol alıb.




Son xəbərlər
Son Xəbərlər