Elvis Preslini o canlandıracaq - Video

elvis-preslini-o-canlandiracaq
Oxunma sayı: 1774

Rejissor Baz Lurmanın rok-n-rol kralı Elvis Presli haqda çəkdiyi bioqrafik filmin ilk rəsmi treyleri yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Elvis” adlı ekran işində baş rolu Ostin Batler ifa edib. O, tamaşaçılara “Bir gün... Hollivudda” filmi və bir çox televiziya seriallarından tanışdır.

Filmdə E. Preslinin uşaqlığından musiqi zirvələrini fəth edənədək keçdiyi yoldan danışılacaq.

Ekran işinin dünya premyerası iyunun 24-nə planlaşdırılıb.