AFFA İcraiyyə Komitəsinin iclasında yeni qərarlar qəbul olunub.
“Qafqazinfo” xəbər verir ki, Elxan Məmmədov strukturdakı dəyişikliklərdən danışıb. O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti təyin olunub.
Vaqif Sadıqov, Elşad Nəsirov və Rauf Əliyevin yeni vitse-prezidentlər olacağı qeyd edilib.
Həmçinin Elxan Məmmədov milli komandanın yeni baş məşqçisi ilə bağlı İcraiyyə Komitəsindəki müzakirələrdən danışıb. O, yeni qərar qəbul olunmadığını söyləyib.
Vitse-prezident Vaqif Sadıqov da bu məsələ ilə bağlı açıqlama verib: “Ortaq məxrəcə gəlmədik. Amma yerli mütəxəssisin adının siyahıya salınmasının tərəfdarı olduq. Bunu bildirdik”.
Elxan Məmmədov icraçı vitse-prezident olmaqla yanaşı həm də baş katib olaraq işinə davam edəcəyini sözlərinə əlavə edib.
Elxan Məmmədov qeyd edib ki, baş məşqçi postu üçün 32 namizəd var: “Növbəti İcraiyyə Komitəsinə qədər namizədlərin sayı azalacaq. Bu məşqçilərin heç biri ilə danışıq aparmamışıq”.
Elsevər

Son xəbərlər
Son Xəbərlər