Martın 30-31-də Belarusun paytaxtı Minsk şəhərində FIFA-nın təşkilatçılığı ilə milli assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar təşkil olunacaq.
“Qafqazinfo” xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirak edəcəyi seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılacaq.
Son xəbərlər
Son Xəbərlər