Elxan Məmmədov püşkatmanı dəyərləndirdi

elxan-memmedov-puskatmani-deyerlendirdi
Oxunma sayı: 1861

“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.

E.Məmmədov bildirib ki, bizi maraqlı yarış gözləyir: “Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.

Qeyd edək ki, Azərbaycan millisi Monteneqro, Kipr və Lüksemburq seçmələri ilə birlikdə C Liqasının I qrupunda mübarizə aparacaq.