Elxan Məmmədov seçkidə uduzdu

elxan-memmedov-seckide-uduzdu
Oxunma sayı: 785

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə qitə futbol qurumunun İcraiyyə Komitəsinə seçkilər də baş tutub. 

 Azərbaycan Futbol Federasiyaları Assosisasiyasının baş katibi Elxan Məmmədov namizədliyini versə də, İcraiyyə Komitəsinə seçilə bilməyib. O, cəmi 24 səs toplayıb. 

UEFA İcraiyyə Komitəsinə 50 səslə Karl-Erik Nilsson (İsveç), 48 səslə Con Delani (İrlandiya), 46 səslə Miçele Uva (İtaliya), 45 səslə Zbiqnev Bonek (Polşa), 44 səslə Raynhard Qrindel (Almaniya), 40 səslə Devid Gill (İngiltərə), 36 səslə Mixael van Praaq (Hollandiya) və 34 səslə Servet Yardımcı (Türkiyə) üzv seçilib. E.Məmmədovdan əlavə, 25 səs yığan Armand Duka (Albaniya) və cəmi 11 səs qazanan Kiran O Konnor (Uels) da kənarda qalıb.