Elxan Məmmədov UEFA-da komitə sədri oldu

elxan-memmedov-uefa-da-komite-sedri-oldu
Oxunma sayı: 1781

Mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirildiyini xəbər vermişdik. 

“Qafqazinfo”nun məlumatına görə, həmin iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. 

Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

Xatırladaq ki, E. Məmmədov 2008-ci ildən etibarən sözügedən komitədə sədr müavini vəzifəsində çalışırdı.