“Elxan Məmmədovun namizədliyini doğru sayıram” - Davor Şuker

elxan-memmedovun-namizedliyini-dogru-sayiram
Oxunma sayı: 1775

Xəbər verdiyimiz kimi, AFFA-nın baş katibi Elxan Məmmədov Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə görüşüb. “Qafqazinfo” xəbər verir ki, tərəflər qarşılıqlı əməkdaşlıq müzakirəsi aparıblar. 

Görüşdən sonra hər iki tərəf jurnalistlər qarşısına çıxıb. Elxan Məmmədov Şukerlə yenidən görüşdüyü üçün sevindiyini dilə gətirib: “Yenidən Xorvatiyaya gəlmək və dostum Davorla görüşmək çox xoşdur. İlk dəfə XFF binasında oluram. Bura heyran oldum. Bizim aramızda indiyə qədər yaxşı iş birliyi olub. Əməkdaşlığa Azərbaycanda millisinin baş məşqçisi Robert Prosineçki də kömək edir.Mənim UEFA-nın İcraiyyə Komitəsinə namizədliyim haqqında danışmaq çox əla idi. Həmçinin gənc futbolçular haqqında söhbətlər etdik”.

Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker də görüş barədə fikirlərini bildirib: “Elxan futbolu sevir və 24 saat işləyir. O, Azərbaycandan gəlmiş böyük qonaq idi. Elxan Məmmədovun namizədliyini doğru addım hesab edirəm”.