“Elza” 50 mindən çox istehlakçını işıqsız qoydu

elza-50-minden-cox-istehlakcini-isiqsiz-qoydu
Oxunma sayı: 4443

Kanadananın Atlantik Kanada əyalətində hökm sürən tropik “Elza” qasırğası 50 mindən çox istehlakçını elektrik enerjisiz qoyub.

Bu barədə “Qafqazinfo” CBC telekanalına istinadən xəbər verir.  

Qeyri-sabit hava şəraitindən daha çox Yeni Şotlandiya və Nyu-Bransuik əyalətləri zərər çəkib. Bu bölgələrdə küləyin sürəti 28 m/s-yə çatıb, nəticədə çox sayda elektrik xətti zədələnib. Fövqəladə briqadalar artıq fəlakətin nəticələrini aradan qaldırır. Zərərçəkmişlər barədə məlumat daxil olmayıb.

Kanada Milli Meteorologiya Bürosunun məlumatına görə, artıq zəifləyən qasırğa iyulun 10-na keçən gecə ölkənin şərq sahillərinə çatıb.