Elza İbrahimovanın yutub səhifəsi bərpa olundu

elza-ibrahimovanin-yutub-sehifesi-berpa-olundu
Oxunma sayı: 1211

Xalq artisti, məşhur bəstəkar Elza İbrahimovanın yutub səhifəsi geri qaytarılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əməkdar artist Sevda Ələkbərzadə məlumat verib.

Qeyd olunub ki, bir müddət bundan əvvəl şikayət olunaraq ləğv olunan hesab geri qaytarılıb.

Xatırladaq ki, mərhum musiqiçinin hesabını qardaşı Çingiz İbrahimov işlədib. O,  “Qafqazinfo”ya açıqlama verərək “WediaCorp Azərbaycan” şirkətini dünyasını dəyişən tanınmış sənətçilərin mahnılarını yutubdan silməkdə ittiham etmişdi. Sözügedən şirkət isə iddiaları təkzib etmiş, Ç. İbrahimov qaydalara əməl etmədiyi üçün hesabın bağlandığını bildirmişdi.