Elza oğlundan danışdı

elza-oglundan-danisdi
Oxunma sayı: 1643


“Qafqazinfo”ya açıqlama verən müğənni bildirib ki, o, bu gün Gəncəyə yola düşür: “Məni xalq çox istəyir Ramazan bitər-bitməz Gəncəyə toya dəvət aldım”. 

Bacısı Rasimə Muradovanın  oxumağından söz açan  Elza qeyd edib ki, bacısının vokal imkanları çox güclüdür: “Bacım artıq müğənniliyə başlayıb, çox gözəl səsi var. Vokal imkanları çox güclüdür. Onu da deyim ki, mən əməkdar artist ola-ola  bacımı məndən çox tədbirlərə dəvət edirlər”. 

Bu yaxınlarda verdiyi konsertdə oğlu Əkbərlə birgə çıxış edəcəyinin elan edən Elza konsert zamanı oğlunun səhnəyə çıxmamasına aydınlıq gətirib: “Ələkbər o qədər məsuliyyətlidir ki, özünü hazır saymadığı üçün konsertdə  çıxışdan imtina etdi. Çünkü o,  bəstəkarın övladıdır. Yaxşı bilir ki,  pis çıxış etməyə ixtiyarı yoxdur”.

Aynur